-
- 27-07-2018, 10:13
- 1 132
Erməni baş katib dindirilməyə çağırıldı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistanın Xüsusi İstintaq Xidmətinə gedib.
Xaçaturov jurnalistlərin “1 mart” hadisələri ilə bağlı dindirilməyə çağırılması barədə suala “bəli” cavabını verib.
Qeyd edək ki, 2008-ci il martın 1-də Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin Yerevan qarnizonunun rəhbəri vəzifəsini tutub. Hazırda o, KTMT-nin baş katibidir.
Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən 10 gün sonra baş verən etirazlar zamanı səkkiz nümayişçi və bir hərbi qulluqçu öldürülüb.