Təhsil Nazirliyi 12 milyon manata yanğından mühafizə sistemi alır
    • 11-11-2020, 15:30
    • 705

Təhsil Nazirliyi 12 milyon manata yanğından mühafizə sistemi alır

Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi yanğından mühafizə sistemlərinin alınıb-quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

News24.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Element YT” MMC-dir.

Qalib şirkətə 12,4 milyon manat ödəniləcək.