-
- 14-11-2020, 14:18
- 795
İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin!
“Mən Qarabağ torpağından olan bir mədəniyyət üzvü, Xalq artisti, ailəsindən şəhid verən vətəndaş kimi təklif edirəm ki, Ali Baş Komandan İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin. İnanıram ki, xalqımız məni dəstəkləyəcək. Bu yüksək fəxri adın Prezidentə verilməsi barədə təklif irəli sürürəm. Onsuz da İlham Əliyevin qəlbimizdə heykəli qurulub, məhəbbətimizi qazanıb. Düşünürəm ki, millətim mənimlə həmrəydir, damarında Azərbaycan qanı axan hər kəs məni dəstəkləyəcək”.
Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın Xalq artisti, görkəmli muğam ustadı Mənsum İbrahimov deyib. O, bu qələbənin miqyasının hələ ki, tam dərk edilmədiyini diqqətə çatdırıb.
Xalq artisti vurğulayıb ki, biz azərbaycanlılar otuz il həsrətini çəkdiyimiz torpaqlara qovuşuruq:
“Mən sizə deyim ki, insanların çoxu bunu dərk etmir. Bu, böyük bir qələbədir. Mən qarabağlı biri kimi deyirəm ki, neçə insanın 30 ildə ürəyi partlayıb öldü, başqa bölgələrdə dəfn oldular. Düşmən bizə o qədər zərər verdi ki... Amma Allaha şükür olsun ki, sonuncu döyüşlərdən əvvəl əlimizdə iki torpaq (Lələtəpə və Cocuq Mərcanlı- red.) var idisə, indi bütov Qarabağ bizimdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz bu torpaqları qaytardı.
Sizə deyim ki, Ali Baş Komandanımızla fəxr etdik. Biz 200 ildir torpaq almırdıq, ancaq verirdik. Amma Ali Baş Komandanımız, sərkərdəmiz İlham Əliyev tarix yazdı, sərhədləri bərpa etdi. Bir zamanlar beş rayon, əlavə iki rayon məsələləri müzakirə edilirdi. İndi status məsələsi belə yoxdur. Biz erməni məsələsini kökündən həll etdik. Sərkərdəmiz xarici jurnalistlərə cavabı ilə hamımızın ürəyindən tikan çıxarırdı.
İlham Əliyev göstərdiyi yumruqla erməniləri təşvişə salırdı. Birinci xalqımızın birliyini göstərirdi, ikinci isə yumruğu ermənilərə silkələyirdi ki, bunun hesabına torpaqlardan çıxdız.
Mən o torpaqlarda doğulmuşam. Təbii ki, bir gözümüz ağlayır, digəri gülür. Mənim ailəm iki şəhid verib. Qardaşım oğlu xüsusi təyinatlı idi. Atası da qazidir. Yeddi qardaşıq, beşimiz də döyüşmüşük. O qədər sonsuz təşəkkürlərim var ki...
Bizim heç vaxt belə birliyimiz olmayıb. Ali Baş Komandanın ətrafında birləşdik. Nəticəsi də göz qabağındadır. İlham Əliyevə təzyiqlər oldu, amma sonadək getdi”.