Kremldən Türkiyənin Azərbaycana hərbçilərini göndərmə planlarına MÜNASİBƏT
    • 16-11-2020, 14:11
    • 611

Kremldən Türkiyənin Azərbaycana hərbçilərini göndərmə planlarına MÜNASİBƏT

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.

News24.az "RİA"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Prezident sözçüsü bildirib ki, Azərbaycan ərazisində türk hərbçilərinin göndərilməli olduğu bir monitorinq mərkəzi olacaq:"Bu, Türkiyə Respublikası daxili qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurların həyata keçirilməsidir. Bu, Türkiyənin daxili işidir".

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyası Azərbaycana hərbçi göndərilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Layihə Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.