Ermənistanda etiraz aksiyası - İtkin düşən hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binasına girmək istəyir
    • 16-11-2020, 15:08
    • 640

Ermənistanda etiraz aksiyası - İtkin düşən hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binasına girmək istəyir

Ermənistanda itkin düşmüş hərbi qulluqçuların valideynləri və qohumları həyat yoldaşlarının, qardaşlarının və övladlarının harada olduqları sualına cavab tələb edərək Müdafiə Nazirliyinin binasına toplaşıblar.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Bildirilib ki, Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərgindir, yalnız qadınlar deyil, kişilər də etiraz aksiyasına qatılıblar.

Valideynlər uşaqlarının koordinatlarını tələb edir və özləri də onların ardınca getməyə hazır olduqlarını deyirlər.

Eyni zamanda Müdafiə Nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanıb.