-
- 15-10-2018, 15:37
- 1 241
Neft 400 dollara çatacaq və...
Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluqda yoxa çıxması ətrafında yaranan vəziyyət qarşılıqlı ittihamlar və təhdidlərlə müşayiət olunur.
Ər-Riyad ABŞ-ın mümkün sanksiyalarına təhdid dili ilə cavab verməyə başlayıb.
Ər-Riyad nəzarətində olan KİV üzərindən cavab addımlarının nədən ibarət olacağını, bu addımların ABŞ, ümumilikdə qlobal iqtisadiyyat və siyasətə necə təsir edə biləcəyini çatdırmağa çalışır. “Al Arabiya” telekananalın xəbərinə görə, mümkün sanksiyalara qarşı ilk həmlə neft qiymətlərinə müdaxilə, hətta qiymətlər 3-4 dəfə artırıla bilər.“Al-Arabiya” telekanalı və digər KİV-lərdə “İstəsək, neft 100-200, hətta 400 dollara çatar” şəklində ABŞ-a mesaj verilir.
Səudiyyəlilərin əlində olan digər təbliğat kartı İrandır. Ər-Riyad hesab edir ki, mümkün sanksiyalar bölgədə vəziyyəti gərginləşdirəcək, siyasi qeyri-müəyyənlikdən isə İran hegemonyası faydalanacaq. Bu vəziyyətdə İranın daha çox güc qazanacağını dilə gətirən səudiyyəlilərə görə, sanksiyalar dünyaya həm siyasi, həm də iqtisadi fəlakət gətirəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq oluna biləcəyini, mövzunun beynəlxalq səviyyəyə daşınacağını söyləyib.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.
Xatırladaq ki, dünyanın neft ixrac edən ölkələri, o cümlədən Azərbaycanda Səudiyyə Ərəbistanı-ABŞ qarşıdurmasının nəticələrini diqqətlə izlənilir.
//publika.az