Səudiyyə Ərəbistanının vəliəhdi Argentinadadır
    • 28-11-2018, 17:23
    • 1 013

Səudiyyə Ərəbistanının vəliəhdi Argentinadadır

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman “G20”liyin zirvə toplantısında iştirak etmək üçün Argentinadadır.

Jurnalist Camalı Qaşıqçının qətlindən sonra onun bir sıra dövlətlərin başçıları ilə görüş keçirəcəyi nəzərdə tutulub. 
Rəsmi Ər-Riyad Məhəmməd bin Salmanın Donald Trampla görüşü ilə bağlı müraciət edib. 
ABŞ Prezidentinin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Donald Trampın “G20”liyin sammiti çərçivəsində Məhəmməd bin Salmanla görüşü planlaşdırılmayıb.
Vəliəhd şahzadə sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək. Türkiyənin xarici işlər naziri Mövlıud Çavuşoğlu ötən gün deyib ki, Səudiyyə şahzadəsi xahiş edərsə, Prezident Rəcəb Tayyib Ərdoğan onun istəyini reallaşdıra bilər. 
Qeyd edək ki, “G20”liyin zirvə toplantısı noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək. 
Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürülüb. Onun qətli əmrini Məhəmməd bin Salmanın verdiyi barədə məlumat yayılıb.

//Report