DİQQƏT! Erməni hərbçiləri tərk etdikləri ev və obyektlərdə tələlər qururlar
    • 18-11-2020, 09:58
    • 380

DİQQƏT! Erməni hərbçiləri tərk etdikləri ev və obyektlərdə tələlər qururlar

Ermənistan silahlı qüvvələri tərk etdikləri yaşayış məntəqələrindəki evlərdə, obyektlərdə, digər qapalı məkanlarda özlərindən sonra tələ sürprizlər qoyurlar.

News24.az saytının məlumatına görə, bununla bağlı hərbçilərimiz tərəfindən sosial şəbəkələrdə bir çox videolar yayımlanıbdır.

Həmin videolardan göründüyü qədər düşmən tərk etdiyi evlərin, mağazaların və digər qapalı obyektlərin daxilində əl qumbaraları, minalar və qumbaraatan mərmilərindən ibarət tələ sürprizlər yerləşdirib.

Hərbçilərdən qapalı obyektlərə daxil olarkən düşmənin bu cür tələlərinə qarşı diqqətli olmaları tövsiyə olunur.