Azərbaycanın Milli Qəhrəmanı vəfat edib
    • 18-11-2020, 12:53
    • 346

Azərbaycanın Milli Qəhrəmanı vəfat edib

Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib.

News24.az xəbər verir ki, o, yol qəzasında aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzasına düşüb. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb. /Report.az/