Salyanda baş verən yol qəzasında 2 nəfər öldü- 1 nəfərin vəziyyəti ağırdı
    • 31-08-2019, 11:00
    • 809

Salyanda baş verən yol qəzasında 2 nəfər öldü- 1 nəfərin vəziyyəti ağırdı

Səhiyyə Nazirliyi Salyan rayon ərazisində baş verən qəzada yaralananlar barədə məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, avtoqəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə dünyasını dəyişib.

Bir qadın isə bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.