-
- 15-10-2018, 10:10
- 704
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində bütün sahələrdə, o cümlədən hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə çox mühüm islahatlar həyata keçirilib, böyük inkişafa nail olunub.
Siyasi nöqteyi-nəzərdən yanaşdıqda, həm xarici siyasət sahəsində, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan addımlar nəticəsində çox mühüm irəliləyişlər var:
“Son 15 il ərzində Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bir çox ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işini tanımağa başladı. Eyni zamanda, 2016-cı ildə aprel hadisələri zamanı dünyanın aparıcı kütləvi informasiya vasitələri, həmçinin dövlətləri aparılan antiterror əməliyyatlarını birmənalı şəkildə Azərbaycanın öz ərazisini işğalçılardan təmizləmək siyasəti kimi qəbul etdi”.
Politoloq qeyd edib ki, iqtisadi məsələlərə baxdıqda, bu gün Azərbaycan dünyanın ən mühüm qlobal, strateji əhəmiyyət kəsb edən layihələri ilə yadda qalıb: “Bakı-Tbilisi-Qars, TAP, TANAP layihələrinin həyata keçirilməsi, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, yeni nəqliyyat qovşaqlarının yaradılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin fəaliyyətə başlaması və digər layihələr çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, məhz bununla dünyanın geosiyasi xəritəsi dəyişdirilir”.
O bildirib ki, hərbi nöqteyi-nəzərdən Azərbaycan bu gün dünyanın ən güclü ordusu olan ölkələr sırasındadır: “Əvvəllər hətta bir gülləni xaricdən almaq lazım idisə, bu gün artıq Azərbaycanın hərbi-sənaye kompleksi döyüş sursatları, silahlar istehsal edir, ölkəmiz dünyanın aparıcı ölkələri ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir. Azərbaycanda keçirilən beynəlxalq müdafiə sənayesi sərgiləri bir daha göstərir ki, bir çox aparıcı dövlətlər Azərbaycanla bu istiqamətdə əməkdaşlığa maraq göstərir və bu istiqamətdə mühüm addımlar atılır. İsrail, Rusiya, Pakistan, Çin kimi dövlətlər Azərbaycanla tərəfdaşlıq edirlər”.
Politoloq vurğulayıb ki, mədəniyyət və digər istiqamətlərə baxdıqda son 15 ildə Azərbaycanda beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, sivilizasiyalararası forum və digər beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir: “Eyni zamanda, Bakıda İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsi göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq dünyəvi dövlətlər arasında çox mühüm dövlətə çevrilib”.
A.Nağıyev qeyd edib ki, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı vacib addımlar atılıb: “Artıq Azərbaycan bir turistik dövlətə çevrilib. Xarici ticarət dövriyyəsi, qeyri-neft sektoru məhsullarının ixracı xeyli artıb. Qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi kifayət qədər yüksəlib. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub”.