Gürcüstanda qanunsuz odlu silah gəzdirən Azərbaycan vətəndaşı saxlanılıb
    • 24-11-2018, 14:25
    • 847

Gürcüstanda qanunsuz odlu silah gəzdirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır.
Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından “Korovin” tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə “Gold Star” tipli tapança müsadirə olunub.
Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 

//Report