Dünyanın ən varlı ailələrinin adları açıqlandı
    • 12-07-2018, 11:32
    • 1 341

Dünyanın ən varlı ailələrinin adları açıqlandı

"Bloomberg" dünyanın ən varlı ailələrinin yeni siyahısnı açıqlayıb.

News24.az xəbər verir ki, siyahıya  151,5 milyar dollar vəsaitlə "Walmart" marketlər şəbəkəsinin sahibi Uolton ailəsi başçılıq edir. Onlar Kox və Maks ailələrini  qabaqlayıbar.

 Siyahıda yer almış 25 ən varlı ailənin ümumilikdə 1,1 trilyon mal varlığının olduğu bildirilir ki, bu da dünya dövlətlərinin ümumi büdcəsindən çoxdur. Qeyd edək ki, bu siyahıya yeni varlanmış ailələrin adı daxil edilməyib. Milyardlarını bir neçə nəsil bir- birinə ötürülmüş köklü  nəsillərdən söhbət gedir.

Çarlz və Devid Koxlar 98,7 milyard  dollarla ikinci, Frenk Mars 88,7 milyard dollarla üçüncü yerdə qərarlaşıb.

İlk Beşliyə Danimarkanın 3 varlı nəslinin adı daxil edilib.( Van Damm, De Mevius və de Şpelberx)

Asiyadan ilk dəfə bu reytinqə Hindistanın "Reliance Industries" holdinqinin sahibi Ambani ailəsinin adı daxil edilib. 43,4 milyard dollarla onlar yeddinci yeri tutublar.

Bundan başqa, siyahıda 38,8 milyard dollarıa Albrext, 37,5 milyard dollarla Jerar Molye, 30,9 milyard dollarla "Samsung"un təsisçisi Li Bön Çxol və başqalarının adları yer alıb.

İlhamə