-
- 16-10-2018, 10:00
- 1 389
Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib - TƏFƏRRÜAT - VİDEO
Taksi sifarişi edən paytaxt sakini qəribə vəziyyətlə üzləşib.
Raciv Nizamov adlı vətəndaş taksi xidməti göstərən şirkət tərəfindən aldadıldığını iddia edir. Məsələ ondadır ki, Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanından Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmək üçün şirkətlərdən biri ilə əlaqə saxlayır.
Vətəndaş istədiyi ünvana çatdıqdan sonra gediş haqqını ödəyərkən bir anlaşılmazlıq ortaya çıxıb. Vətəndaşdan baqaja qoyduğu yükə görə də ödəniş hesablanıb.
Raciv Nizamov şirkət tərəfindən sürücü və ona göndərilən gediş haqqı məbləğlərinin niyə fərqli göstərilməsini və daşıdığı yükə görə əlavə ödənişin niyə tələb olunmasını aydınlaşdırmaq istəyir.
Məsələ ilə bağlı xidmətin göstərildiyi şirkətlə əlaqə saxladıq. Şirkət nümayəndəsi müsahibə vermək istəməsə də, şifahi olaraq bildirdi ki, yükə görə ödəniş tələb edilmir və buna görə SMS-in göndərilməsi mümkün deyil. Əgər hansısa sürücü buna görə pul tələb edirsə, bu qanunsuzdur.
Gediş haqlarının fərqli göstərilməsinə gəlincə, şirkətdən bildirdilər ki, yaxın məsafələrə gediş zamanı sürücüləri stimullaşdırmaq üçün gediş haqqının üzərinə müəyyən bonus artırılır və sürücüyə göndərilən SMS-də bu izah edilir. Sərnişinin ödədiyi məbləğ nağd, şirkətin verdiyi bonus növbəti gün ödənilir: ''Yəqin sürücü, ya bilərəkdən qaydaları pozub, ya da ki SMS sistemin özəlliklərinə bələd olmadığından belə vəziyyət yaranıb''
//Xezerxeber.com