Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər - Hande Harmancı
    • 20-11-2020, 14:26
    • 732

Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər - Hande Harmancı

Əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri görməsə, qarşıdakı qış aylarında gündəlik yoluxma sayı iki dəfə arta bilər.

News24.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanlar bu xəstəliyin ciddi olduğunu qəbul edərlərsə, kütləvi yerlərə getməkdən imtina edərlərsə, getdikləri zaman tibbi maskadan istifadə edərlərsə və onu düzgün taxarlarsa, əllərini tez-tez yuyarlarsa, bu xəstəliklə mübarizə aparmaq olar.

H.Harmancı qeyd edib ki, bu halda ciddi karantin qaydalarının tətbiqinə də ehtiyac olmaz.