-
- 21-11-2020, 11:42
- 1 442
Xızıda evdən 7 min manat pul oğurlandı
Xızı rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundanbildirilib.
Belə ki, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7 000 manat pulunun oğurlanması barədə məlumat verib.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilmiş pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.