Rusiyada son sutkada 467 nəfər COVID-19-dan ölüb
    • 21-11-2020, 12:22
    • 672

Rusiyada son sutkada 467 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 24 822 nəfərə COVID-19 diaqnozu qoyulub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 064 768 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 467 nəfər artaraq 35 778-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 577 435 nəfər sağalıb.