-
- 16-10-2018, 10:21
- 3 444
Sabun, tabaşir, qum yeyən insanlar... — Pikasizm xəstəliyi nədir?
Pikasizm iştahanın təhrif olunmasına deyilir. Pikasizm latın dilində “pica” sözündən götürülüb, tərcüməsi “sağsağan quşu” deməkdir. Onun bu cür adlandırılması da səbəbsiz deyil–deyilənə görə həmin quş dad hissiyatından məhrumdur.
Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə deyib ki: “Pikasizm qidaya aid olmayan, zərərli maddələrin, məsələn, sabun, yuyucu toz, soda, üyüdülmüş kofe, tabaşir, ot, daş, qum, torpaq, qurumuş boya, kömür, pas, siqaret külü, pozan, diş pastası, paltar sapı və s. yeyilməsidir. Təbii ki, bu, qidalanma anomaliyasıdır. Çox kiçik yaşlı uşaqlarda və psixi pozuntu problemi olanlarda həmin halla rastlaşmaq mümkündür. Əvvəllər pikasizm anlayışı tamamilə insana yad ifadə kimi qəbul edilirdi. Lakin son vaxtlar onu orqanizmdə bir çox mineralların, məsələn, dəmir və s. çatışmazlığı ilə əlaqələndirirlər.
Cinsi yetkinlik dövrünə qədər uşaqların 15 faizi pikasizmdən əziyyət çəkir. Bundan başqa hamiləlik mərhələsində olan qadınların 65 faizində pikasizmə rast gəlinsə də, doğuşdan sonra həmin hal keçib gedir. Pikasizmlə üzləşənlərdə tez-tez köp və qəbizlik kimi problemlər müşahidə edilir.
Həkimlərin fikrincə, pikasizm iştahanın mərkəz mənşəli olması ilə əlaqədardır. Lakin indiyə qədər uşaq pikasizminin müalicəsi tapılmayıb. Ehtimal ki, uşaqlarda olan həmin patoloji vəziyyət böyüyəndən sonra tədricən keçib gedir”.
Hamiləlik zamanı yaranan pikasizm hallarından danışan həkim bunun səbəbinin tam müəyyən edilmədiyini bildirib: “Alimlər mümkün versiyaları artan progesteron hormonunun üzərində cəmləşdirirlər. Çünki hamiləlik zamanı qadının beynində “hamiləlik dominantı” yaranır və onun sayəsində qadın psixoloji cəhətdən körpəni dünyaya gətirməyə çalışır. Hamilə qadının orqanizmində artan progesteron hormonu bədənin bütün ehtiyatlarını birləşdirərək dölü lazımi qida maddələri, mikroelement, vitaminlər və s. ilə təmin etməyə “məcbur edir”. Orqanizmdə hansı elementdə qıtlıq varsa, onun yerini “doldurmaq” üçün tələbat yaranır. Hamilə qadınlarda müxtəlif ətirlərə, qoxulara, yeməklərə, yeməli olmayan şeylərə qarşı yaranan hədsiz hərisliyi məhz bununla əlaqələndirirlər. Onu aradan qaldırmaq üçün pikasizmə meyil edənlərlə psixoloji söhbətlər aparılır, dəmir preparatları və vitaminlər təyin edilir”.
Həkim-hematoloq deyib: “Vitamin B 12 çatışmazlığı zamanı xəstələrin bir qismi dildə olan ağrılardan, xüsusilə də turş qidalar yedikdə yanma hissindən şikayət edirlər. Onların dili üzərində iltihabi ocaqlar, çatlar və səpgilər əmələ gəlir. Dil üzərindəki məməciklərin atrofiyaya uğraması nəticəsində isə dil hamar və parıltılı olur, iştaha pozuntusu, ət qidalarına qarşı ikrah hissi yaranır. Çox zaman dəmir defisitli anemiyalı xəstələrdə “qida eybəcərliyi” əmələ gəlir. Bəzən həmin əlamətləri anadangəlmə anomaliya kimi qəbul edirlər. Düzgün müalicə olunan xəstələrdə həmin əlamətlər keçib gedir”.
//Azərtac