-
- 3-12-2019, 12:59
- 968
Ceyhun Bayramov: "Təəssüf ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin..."
"2018-ci ildə Azərbaycanda fəlsəfə doktoru və elmlər doktorlarının hazırlanmasını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 119 və 89 olub".
News24.az-ın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə, 2626 nəfər təhsil alır: "Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali məktəblərin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665, elmlər doktoru proqramlarına 165 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq 605 və 87 nəfər olub. Təəssüf doğuran odur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin 14 faizi dissertasiya müdafiə edə bilib. Bu məsələ bizi ciddi düşündürməlidir. Hesab edirik ki, son zamanlar qəbul olunan mühüm qərarlar bu sahədə ciddi irəliləyişin yaranmasına imkan verəcək. Məlum olduğu kimi, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib.
Doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub. Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil. Bu səbəbdən perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələsi keçirilməsi, eləcə də bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb. Hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Afaq Mirayiq