Hikmət Hacıyev: Azərbaycandakı xarici diplomatların Füzuliyə səfəri təşkil olunur
    • 22-11-2020, 11:56
    • 642

Hikmət Hacıyev: Azərbaycandakı xarici diplomatların Füzuliyə səfəri təşkil olunur

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. 

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter” hesabında yazıb. 

Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir.