"Neftçi"dən YENİ REKORD
    • 23-11-2020, 12:33
    • 527

"Neftçi"dən YENİ REKORD

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

News24.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da “Neftçi”nin böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir. /Report/