"Neftçi" uduzdu -Avroliqa macərası başa çatdı
    • 15-08-2019, 23:09
    • 749

"Neftçi" uduzdu -Avroliqa macərası başa çatdı

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində cavab oyununa çıxıb.
News24.az xəbər verir ki, bakılılar İsraildə “Bney Yehuda”nın qonağı olub. Bakıda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra "ağ-qaralar" səfərdə qələbəyə ümid etsə də, bu, baş verməyib.
Petak Tikvadakı “Ha Moshava” stadionunda keçirilən qarşılaşmada "Neftçi"ni 2:1 hesabı ilə məğlub edən İsrail təmsilçisi pley-off mərhələsinə adlayıb.