-
- 24-11-2020, 15:07
- 1 883
Toy maşınını bayraqla bəzəyən, körpə qızını iki gün görən İLK ŞƏHİD HƏKİMİMİZ ŞÖHRƏT QASIMOV - VİDEOREPORTAJ
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi şeylər müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə məqamlar da var ki, onlar heç vaxt yaddan çıxmır. Bu müddət ərzində tarix yazanlardan biri də Vətənin bütövlüyü uğrunda canından, qanından keçən İkinci Qarabağ müharibəsinin ilk həkim şəhidi Şöhrət Qasımovdur.
News24.az qəhrəmanımız haqda süjet hazırlayıb:
28 yaşlı qəhrəmanımız Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olub. O, hələ uşaq yaşlarından döyüşkən ruhda böyüyüb. Tibb Universitetini yüksək nəticə ilə bitirən şəhidimiz Tibb rəisi, Baş həkim vəzifəsində çalışıb.
Şəhidimizin atası Şakir Qasımov Qarabağ qazısidir. Oğlundan böyük qürurla bəhs edən Ş.Qasımov deyir ki, qəhrəmanımız həm həkim, həm də zabit kimi daim andına sadiq qalıb. Şöhrət tək hərbidə yox, həm də mülki əhali arasında çox devilib: "Oğlum hələ uşaq yaşlarından hərbiylə maraqlanıb. Hər zaman məndən Qarabağ, döyüşlərdən sualları verərdi. Ona izah edirdim ki, "Oğlum, sən hələ belə şeylər üçün çox balacasan, bir az böyü, sonra sənə hər şeyi başa salacam". Amma inanırsınız yenə də bezmədən, tükənmədən məndən döyüşlər haqda danışmağımı istəyirdi. İnanın ki, arada mənə elə suallar verirdi ki, sanki böyük bir insan danışır. Şöhrətim çox vətənpərvər idi. Bir dəfə Yevlaxda olanda bir qoca qarı yanıma yaxınlaşıb əlimi öpmək istədi, qoymadım. Hələ məsələnin nə olduğunu dərk etmirdim. Sən demə Şöhrət ona vaxtı ilə yardım edib. Deyir ki, oğlun çox yardımsevər olub. O, tək sənin yox, bizim də övladımız idi. Şöhrət yolda gedərkən bu qadını görüb maşınını saxlayıb, ona bazarlıq edib, sonra evə qədər aparıb, evdə sobasını yandırıb, çayını dəmləyib, iynəsini vurub. Yəni, hər cür yardımı edib. Bir dəfə də Mingəçevirə yanına getmişdik. Bir də gördüm ki, Şöhrət dayanmadan oyana-buyana gedir. Anlaya bilmədim ki, nə baş verir. Dedim oğlum nə olub? Dedi, ata, övladlarım acdır, mən onlara yemək verməliyəm. Onun bu sözünə çox təəccübləndim. Çünki, oğlumun uşaqları heç vaxt yeməksiz qalmayıblar. Onda Şöhrət dedi ki, hər bir əsgər mənim övladımdır. Onları öz ailəmdən ayıra bilmərəm".
Qarabağ qazımizin özü şəhidlik zirvəsinə ucalmasa da minbir əziyyətlə böyütdüyü oğul balası məhz o zirvəyə ucaldı: "Mənim övladım hər zaman başımı uca tutub. İndi də belə oldu. Onun ucaldığı zirvə hər kəsə qismət olmur, amma o indi ordadır. Oğlumun arzuları çox idi, amma ən çox nəvəm Murada Şuşanı gəzdirmək istəyirdi, amma qismət olmadı. İnşaallah tezliklə onun arzusunu özüm gerçəkləşdirəcəm".
Şəhidimizin anası Mehbarə Orucova oğlundan gözüyaşlı, amma qürurla, ağızdolusu danışdı. Deyir ki, Şöhrət daima insanlara məlhəm olmağa çalışıb: "Balam çox gözəl insan, yorulmaz, heç nədən qorxmazdı. Sözün əsl mənasında igid idi. O, qəhrəman kimi həyatımızdan getdi. Oğlum şəhid olduğu gün neçə-neçə yaralımızı oradan çıxararaq, xilas edib. Bir ana üçün övladı itirmək çox ağır və çətindir. Allah heç kimə belə dərd verməsin. Onun yoxluğu ömrümün sonuna qədər məni yandırıb-tökəcək. (ağlayır) O, şəhid olan günü təkçə ailəsi yox, bütün insanlar ağladılar. Çünki, ürəyi çox təmiz həkim idi. Hər zaman insanları sağaltmağa çalışıb. Oğlum o qədər vətənpərvər idi ki, öz toyunda maşınını bayrağa bürümüşdü, uşaqları xəstəxanadan çıxardanda eyni ilə..."
İlk həkim şəhidimiz Suqovuşan kəndində şəhid oldu. Mehbarə Orucova deyir ki, Şöhrət cəbhədə olan zaman tez-tez ona zəng edib ailəsinin hal-əhvalını soruşurdu: "Sonuncu dəfə sentyabrın 29-u telefonla danışdıq. Dedi "ana məndən heç nigaran qalma, qorxma mən yaxşıyam". Danışığından hiss elədim ki, səsi batıb. Dedim "ana qurban, səsin batıb get qaynar su iç". Dedi narahat olma indi gedib içərəm. Sən demə məni aldadırmış. Danışığımızdan sonra gedib ön cəbhəyə. Sonuncu telefon əlaqəmizdən sonra oğlumdan bir xəbər gəlmədi, amma hiss elədim ki, nəsə var. Çünki, analar hiss edər. 10 gün axtarandan sonra DNT analizi ilə oğlumun nəşi müəyyən olundu. Xəbəri eşidəndə nalə vurdum. Bütün məhəllə səsimə yığışdı. Çox ağırdır... Ölüm mənə qismət olmalıydı, oğluma yox. Elə bala belə tez torpağa qarışmamalıydı. Bütün arzuları yarımçıq qaldı. (ağlayır) Hər gün yuxuma girir balam. Dünən görürəm ki, yanaqlarımdan öpür deyir ki, ana mən ölməmişəm, qalx ayağa. Ən çox Mübariz postuna bayraq sancmağı arzu edirdi, amma qismət olmadı".
Şəhidimizin bir oğlu, bir də körpə qızı var Vətənə əmanət qalıb. Muradın dörd yaşı var, İlayda isə hələ iki aylıqdır. İgidimizin övladları ilə bağlı arzuları çox idi. Oğlunu idmana, qızını isə rəqsə qoymaq istəyirdi. Mehbarə Orucova şəhidimizin dörd yaşlı oğlu Muradın ata yoxluğunu çox hiss etdiyini göz yaşı içində ifadə edir: "Murad deyir ki, atam göydədir, mələkdir. Şəhidlər Xiyabanına aparanda atası ilə sağollaşanda deyir "bay-bay ata", amma sonra görür ki, nə səs var, nə də səmir. Onda başa düşür ki, atası yoxdur. Evin qapısını da bağlamağa icazə vermir. Deyir, atam gələcək, qapını bağlamayın".
Şəhidimizin həyat yoldaşı Türkan Qasımzadənin sözlərinə görə, o, tək yaxşı ailə başçısı deyil, həm də sadiq dost olub: "İnanın ki, özümü çox böyük bir boşlquda hiss edirəm. 2012-ci ildən dostluq edirdik. İndiyə qədər ayrı bir günümüz belə keçməmişdi, amma iki aydır ayrıyıq. Güvən yerimi itirdim. Hər addımımızı birgə atırdıq, məsləhətləşirdik. İndi addım atanda çox çətinlik çəkirəm, heç bilmirəm nə edim. Özümdən asılı olmayaraq istəyirəm ki, ona zəng edim, məsləhət alım. İnanın ki, heç indiyə qədər zəngli saatımızı söndürmürəm ki, birdən lazım olar. Əlim gəlmir bunu eləməyə. Hər gün onu yığıram ki, bəlkə düşərəm, amma olmur. Məncə hələ tam bu acını dərk etməmişəm, ona görə də çox soyuqqanlı və sakitəm. Bəlkə də bir müddət sonra hər şeyi anlayacam. Ömrümün sonuna qədər ona borclu qalacam. Murada görə gərək hər zaman dik dayanım. Bacardığım qədəri ilə yanında ağlamıram. Şöhrətdən sonra hər kəs mənə əmanətdir".
İllər ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmayacaq. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayacaqlar.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov