Təhsil naziri məşhur alimə təşəkkür etdi - BU SƏBƏBƏ GÖRƏ..
    • 23-11-2020, 18:30
    • 680

Təhsil naziri məşhur alimə təşəkkür etdi - BU SƏBƏBƏ GÖRƏ..

Təhsil naziri Emin Əmrullayev dünyaca məşhur alim Əziz Sancara təşəkkür edib.

News24.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev 3 yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb.

Nazir şəxsi "Facebook" səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib: 

"Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın 3 yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi.

Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir".