Nobel mükafatının qalibi Gəncədə iki valideynini itirən Xədicəyə YARDIM ETDİ
    • 23-11-2020, 12:27
    • 573

Nobel mükafatının qalibi Gəncədə iki valideynini itirən Xədicəyə YARDIM ETDİ

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicəyə yardım edib. 

News24.az xəbər verir ki, Ə.Sancar Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.