Kəlbəcər rayonunun təhsil statistikası AÇIQLANDI
    • 25-11-2020, 09:46
    • 487

Kəlbəcər rayonunun təhsil statistikası AÇIQLANDI

Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb.

News24.az xəbər verir ki, 1992-1993-cü tədris ilində Kəlbəcər məktəblərinin sayı 96, müəllimlərinin sayı 1 113, şagirdlərinin sayı 9 747 olub.

2020-2021-ci illərdə Kəlbəcər məktəblərinin sayı 109, müəllimlərinin sayı 1 952, şagirdlərinin sayı 15 666-dir.