-
- 27-11-2020, 12:30
- 560
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakı şəhər Dövlət Yol Polisi sürücülərə texniki baxışla bağlı müraciət edib.
News24.az xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumatı almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirməlidirlər.
Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Bakı şəhər DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar. Barəsində inzibati protocol tərtib edilmiş sürücü 20 gün müddətində texniki baxışdan keçməzsə, yenidən inzibati qaydada nəsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, texniki baxış şöbələri həftənin şənbə və bazar günləri də fəaliyyət göstərir.