-
- 27-11-2020, 18:37
- 1 233
Günay Əfəndiyeva beynəlxalq Forumda iştirak edib - FOTOLAR
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib.
News24.az xəbər verir ki, Bu günlərdə Koreyanın Yeoju şəhərində UNESCO-nun Ümumdünya İrsi Festivalı çərçivəsində "Davamlı Gələcək üçün Bəşəriyyətin Dəyəri" adlı beynəlxalq onlayn Forum və elmi konfrans keçirilib. Tədbirlər UNESCO, o cümlədən UNESCO üzrə Koreya Respublikasının Milli Komissiyası, Ümumdünya Konfutsi Mədəniyyəti Fondu (WFCC) ilə Xalq Sənəti Beynəlxalq Təşkilatı (IOV) tərəfindən təşkil olunub.
Tədbirlər dil, ədəbiyyat, fəlsəfə və dini əhatə edən mövzular üzrə mədəni, regional sərhədlər, sivilizasiyalararası mübadilə və müxtəlif qarşılıqlı fəaliyyət növləri, Şərq ilə Qərb arasında dialoqun aparılmasını nəzərdə tutan qlobal dəyərlərin müəyyənləşdirilməsinə həsr olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirlərdə iştirak edib.
Günay Əfəndiyeva öz çıxışında, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadıqlarını, onların bir-birinə ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə zəncirvari şəkildə bağlı olduqlarını bildirib. Fondun prezidenti həmçinin, ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin – mütəfəkkirlərinin, yazıçılarının , şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını vurğulayıb.
Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini, keçən il isə Özbəkistan və Macarıstanın təşkilatın sıralarına daxil olduğunu qeyd edib. Fondun fəaliyyətindən məlumat verən G.Əfəndiyeva, türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Fondun mühüm prioritetlərindən birin