Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
    • 30-11-2020, 13:56
    • 625

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.