Rusiya vətəndaşı Xəzərdə boğulmaqdan SON ANDA XİLAS EDİLDİ
    • 21-05-2020, 17:47
    • 773

Rusiya vətəndaşı Xəzərdə boğulmaqdan SON ANDA XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (xilasetmə məntəqəsinin ərazisində) 1 nəfərin sörf edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

News24.az
FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən Rusiya Federasiyasının vətəndaşı sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.