"Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir" - ANAMA
    • 30-11-2020, 14:37
    • 585

"Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir" - ANAMA

“Düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəli ərazilərdir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, insanların öz ata-baba yurdlarına qayıtması ilkin mərhələdə olacaq:

“İkinci mərhələdə isə əkin yerləri təmizlənəcək, Daha sonra isə ucaq yerlər minalardan təmizlənəcək. 3-5 il ərazində insanların öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulur”.