-
- 20-12-2018, 15:21
- 3 870
Pərvin Abıyeva: "Aysel Nazim özü də bilmir ki, nəçidir" - QALMAQAL
Aktrisa Pərvin Abıyeva və "Maşın” şoudan ayrılan aparıcı Aysel Nazim arasında yaranan qalmaqal səngimək bilmir.
Pərvinin instaqramda rəfiqəsi və həmkarı Nərgiz Əliyevaya Ayseldən uzaq durması barədə paylaşımına qarşı tərəf cavab verib. Aysel "Maşın”dan sonra sosial şəbəkədə Nərgizlə şəklini paylaşaraq Pərvinə acıq verib:"Aramıza girmək istədi, amma fəsatlığı özünə qaldı. Nərgizlə dostluğumuz verilişdə daha da möhkəmləndi. Mənə söz atıb gündəmə gəlmək lazım deyil. Qara qız, işinlə, sənətinlə gündəmdə qal. Əgər o da yoxdursa, onda canım, başqa qapıya…Məndən nə istəyirsən? Yetər”.
Pərvin Abıyeva məsələylə bağlı açıqlama verib.
O heç bir zaman kiməsə söz atmaqla gündəmə gəlmədiyini deyib: "İlk növbədə qeyd edim ki, mən heç bir zaman kiməsə söz atmaqla, sataşmaqla gündəmə gəlməmişəm. Belə şeylər mənə yaddır, həmişə mənə söz atırlar. Mən də çox vaxt buna reaksiya vermirəm. İnanın səmimiyyətimə ki, mənə bu cür qalmaqallar maraqlı deyil".
Pərvin Aysel Nazimin nə işlə məşğul olduğunu bilmədiyini deyib: "Aysel Nazim adlı xanım artıq neçənci dəfədir ki, adımdan istifadə edərək özünü reklam edir. Bir müddət əvvəl "Maşın şou”da dediyim "Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” sözləri bu xanımın xoşuna gəlməyib. Mən orda qeyd etmişəm ki, həmyaşıdlarım arasında tanınan, filmə çəkilən yeganə aktrisayam, bu gün də həmin fikirdə qalıram.
Qaldı ki, Aysel Nazimə… Bu sözlərin ona ümumiyyətlə aidiyyatı yoxdur. Mən hələ də bilmirəm ki, o nəçidir? Gah aktrisa olur, gah model, gah təşkilatçı. Məncə o heç özü də bilmir ki, nə işlə məşğuldur. Həm də mən demişəm ki, həmyaşıdlarım arasında tanınıram. O nə vaxtdan mənim həmyaşıdım oldu? Həm də onunla münasibətim yaxşı ola-ola Türkiyənin "Hürriyet” qəzetinə verdiyim müsahibədən sonra mənə söz atdı, durmadan haqqımda statuslar yazdı. Bu qalmaqalın əsasını o qoyub. Mən nə müsahibə verirəmsə, özüm bilərəm”.
Pərvin "Maşın şou”dakı qalmaqala da toxunub və Nərgizin Aysel üçün ağlamadığını bildirib: "Nərgiz Əliyeva mənim yaxın dostumdur, bizim aramıza heç kim girə bilməz. Kimsə şoudan çıxanda Nərgiz ağlaya bilər, bu o demək deyil ki, həmin adamla rəfiqədir. Belə adamlar gəldi-gedərdi, bizim dostluğumuz isə əbədidir. Mən sizin vasitənizlə bütün mediadan xahiş edirəm ki, bu məsələ ilə bağlı məni daha narahat etməsinlər, nə lazım idisə, hamısını dedim. Mənim bu adama ayıracaq vaxtım yoxdur, mən sənətimlə, təhsilimlə, karyeramla məşğulam”.
Pərvin hazırda Türkiyədə olduğunu və film çəkilişlərinə qatıldığını da vurğulayıb.
//Azxeber