Qarabağda hərbi hissədə partlayış, iki erməni hərbçi öldü
    • 2-12-2020, 12:28
    • 573

Qarabağda hərbi hissədə partlayış, iki erməni hərbçi öldü

Qarabağda hərbi hissələrin birində partlayış nəticəsində iki erməni hərbçi ölüb.

News24.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, insident dekabrın 1-də döyüş sursatlarının daşınması zamanı baş verib.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü hərbi qulluqçular - Jirayr Matevosyan və Qeqam Ovannisyan həlak olublar.
Faktla bağlı araşdırma aparılır.