“Ciyərlərdə heç nə çıxmayanda arxayınlaşırlar”
    • 2-12-2020, 15:07
    • 530

“Ciyərlərdə heç nə çıxmayanda arxayınlaşırlar”

“Hazırda ev şəraitində müalicə olunan çoxsaylı xəstələr var.  Onlar infeksiya mənbələridir. Təcrid olmasa, ailədaxili yoluxanların sayı artır”.

News24.az xəbər verir ki, bunu  Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib. 

O bildirib ki, vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı deyillər: “Bir çox şəxs soyuqlama halı olan kimi dərhal xəstəxanaya müraciət edir. Gedib ağciyərlərini müayinədən keçirir. Müayinə zamanı məlum olur ki ciyərlərində heç nə yoxdur. O zaman həmin şəxs arxayınlaşır. COVİD- də ağırlaşma zamanı ciyərlərdə problemlər yaranır. Həkimlər də bəzən düzgün çıxış etmirlər. Xəstələri KT müayinəsi etdirirlər. Bəzən bu xəstəlik yüngül soyuqlama halı ilə müşahidə edilir”.