“Vaksinlərin nə qədər effektiv olacağı məlum deyil”
    • 2-12-2020, 14:38
    • 530

“Vaksinlərin nə qədər effektiv olacağı məlum deyil”

“Aptekə gedəndə antibakterial dərman istənilən qədər tapmaq olar. Ancaq bu virusa qarşı dərman yoxdur”. 

News24.az-ın xəbər verir ki, bunu  Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bugünkü brifinqdə deyib. 

O bildirib ki, buna səbəb virusun hüceyrələrdə yaşamasıdır: “Bu zaman problem yaranır. Dünyada vaksinlə bağlı çoxsaylı işlər görülür.  Hazırda 11 vaksinlə bağlı Amerika qida və dərman təşkilatına müraciət edilib. Ola bilsin ki, hansılarsa təsdiqlənsin. Vaksinin isə nə qədər effektiv olacağı məlum deyil. Vaksin var deyə rahatlamalı deyilik. Bu zaman da problemlər yaşaya bilərik”.