Fəxri ad alan Könül Kərimova vur-çatlasın etdi - FOTOLAR - VİDEO
    • 16-10-2018, 17:00
    • 1 109

Fəxri ad alan Könül Kərimova vur-çatlasın etdi - FOTOLAR - VİDEO

Əməkdar artist Könül Kərimova fəxri ad alması ilə əlaqədar  məclis təşkil edib.

News24.az xəbər verir ki, sənət dostlarını bir araya toplayan K.Kərimova xoş günündə bilinməyən səbəblərə görə əsəbi görünüb.

Həyəcan içində gah zala gah da daxil olan, gah da foyeyə çıxan K.Kərimova sanki kimlərinsə yolunu gözləyib.

Onu da qeyd edək ki, ifaçının sözügedən məclisi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Buna səbəb isə hazırda Məhərrəm ayının olmasıdır.

Ötən gün Könül Kərimova həm də 1 ay öncə qədəm qoyduğu yeni yaşını qeyd edib.

Məkana gələn qonaqlar isə səbəbkara həm hədiyyələr, həm də pul veriblər.

Tədbirdən olan görüntüləri təqdim edirik:

Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov