"Bu vecsiz insanların ucbatından biz də yoluxuruq..." - XATUN ƏLİYEVA
    • 7-12-2020, 11:23
    • 762

"Bu vecsiz insanların ucbatından biz də yoluxuruq..." - XATUN ƏLİYEVA

Müğənni Xatun Əliyeva da koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə müğənni özü "İnstagram"da məlumat yayıb: "Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız?"

Sevda Bayramova