Ceyhun Bayramov İrana səfər edəcək
    • 7-12-2020, 12:09
    • 495

Ceyhun Bayramov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfər edəcək.

News24.az “Mehr” agentliyinə istinadə xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 7-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, C.Bayramov Tehranda yüksək vəzifəli rəsmilərlə görüşəcək.