Telefon satışı və təmiri mərkəzi cərimələndi
    • 7-12-2020, 12:39
    • 284

Telefon satışı və təmiri mərkəzi cərimələndi

Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.

DİN-dən News24.az-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.

Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.