"Bizə nəsə olsaydı, kim verəcəkdi cavabını?" - Bakıda BİNA SÖKÜNTÜSÜNDƏN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
    • 7-12-2020, 14:32
    • 626

"Bizə nəsə olsaydı, kim verəcəkdi cavabını?" - Bakıda BİNA SÖKÜNTÜSÜNDƏN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

Bakının Nərimanov rayonu ərasizində, 5 saylı xəstəxana ilə üzbəüz yerləşən yaşayış binasında söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasının şahidi olduq. 

News24.az-ın çəkdiyi görütülərdən də qeyd olunan ərazidə söküntü zaman heç bir təhlükəsiz tədbirlərinin görülmədiyi məlum olur. 

Həmin yoldan istifadə edən insanların hansı qorxu hissi keçirdiyi də videoda əksini tapır. Sakinlər həyəcanla "burada hər an kimsə ölə bilər" deyərək aiddiyyatı qurumların məsələyə müdaxiləsini tələb edirlər. 

Sözügedən söküntü işlərinin kim tərəfindən aparıldığı ətrafında araşdırmalarımız davam edir. Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakmiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb. 

Məsələ ilə bağlı News24.az tərəfindən Bakı şəhər İcra Hakmiyyəti məlumatlandırılıb.