Ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərinin statistikası açıqlanıb
    • 7-12-2020, 16:47
    • 431

Ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərinin statistikası açıqlanıb

​​​​Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, erməni silahlı birləşmələrin təxribatları nəticəsində 100 mülki vətəndaş həlak olub, 416 isə yaralanıb.

Həmçinin 4186 yaşayış evi, 548 mülki obyekt, 135 çoxmərtəbəli bina yararsız hala düşüb.