Beyləqanda COVID-19 xəstəsi saxlanıldı
    • 10-12-2020, 16:02
    • 499

Beyləqanda COVID-19 xəstəsi saxlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini Bəhruz Babayev karantin qaydalarına zidd davranaraq şəhər ərazisində olduğu zaman müəyyən edilərək saxlanılıb.

B.Babayev polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profililaktiki səpkidə söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.