Qarabağ Geoloji Fondu Muzeyi formalaşdırılacaq
    • 12-12-2020, 11:39
    • 554

Qarabağ Geoloji Fondu Muzeyi formalaşdırılacaq

Azərbaycanın işğaldan azad edilən ərazilərində Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq.

News24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev deyib.

AMEA prezidenti bildirib ki, Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Qarabağ Elmi Bölməsinin Bioresurslar İnstitutunun, Qarabağ regionuna aid bitkilərin toplandığı Nəbatat Bağının yaradılması alimlərimizin qarşısına qoyulan vəzifələrdəndir.