Ramiz Mehdiyev AMEA-dakı NÖQSANLARI AÇIQLADI
    • 12-12-2020, 11:50
    • 553

Ramiz Mehdiyev AMEA-dakı NÖQSANLARI AÇIQLADI

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi struktur islahatlarının aparılmasına ehtiyac var.

News24.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev deyib.

R.Mehdiyev Akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

O, Akademiyada yeni yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.