Mehriban Əliyeva: "Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"
    • 12-12-2020, 12:06
    • 761

Mehriban Əliyeva: "Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

News24.az paylaşımı təqdim edir:

“Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.