Qurban Qurbanov karantinin bitməsini gözləyir
    • 14-12-2020, 18:28
    • 776

Qurban Qurbanov karantinin bitməsini gözləyir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub.

Bu barədə News24.az-a Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir: "Onun testi neqativdir və hazırda özünü yaxşı hiss edir".

Çəlikəl Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynovun hələ İstanbulda olduğunu söyləyib: "O, da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə, Bakıya qayıdacaq".

Klub rəsmi komandada yeni yoluxma halının aşkarlanmadığını, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emrelinin təcrid olunduqlarını vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.