-
- 13-11-2020, 16:50
- 439
"Azərbaycan Dəmir Yolları"nın zərəri 39 % azalıb
“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228,418 milyon manat zərərlə başa vurub.
News24.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 38,6 % azdır.
Ötən il ADY-nin əməliyyat gəlirləri 406,039 milyon manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459,504 min manat (11,1 % az), digər xərcləri 171,17 milyon manat (34 % az), mənfəət vergisi ödəmələri isə 3,783 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 856,831 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur. Bunun 4 127,678 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25 % artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9 % azalaraq 2 978,916 milyon manata düşüb, balans kapitalı isə 54,4 % artaraq 1 877,915 milyon manata çatıb.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.