-
- 18-12-2020, 10:35
- 603
“Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək” adlı yeni bölmə yaradıldı
Postmüharibə dövründə aktual mövzulardan biri də şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial təminat hüquqları, onlara göstərilən sosial dəstək tədbirləri ilə bağlıdır.
Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən News24.az-a verilən xəbərə görə, bununla əlaqədar məlumatlılıq səviyyəsinin artırılması, xüsusilə həmin kateqoriyalardan olan vətəndaşların daha rahat şəkildə dolğun məlumatlara malik olmaları üçün nazirliyin rəsmi internet saytında (sosial.gov.az) “Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək” adlı yeni bölmə yaradılıb.
Bölmədə şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə məlumatlar təqdim edilir.
Bu hüquqların təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunmaq üçün prosedurlar da diqqətə çatdırılır.