5 yaşından cinsi istismara məruz qalan Kamilin HƏYAT HEKAYƏTİ - VİDEO
    • 22-12-2020, 16:20
    • 880

5 yaşından cinsi istismara məruz qalan Kamilin HƏYAT HEKAYƏTİ - VİDEO

Ramal Hüseynovun aparıcısı olduğu "Dalan 18+" verilişi bu dəfə də cəmiyyəti narahat edən bir mövzuda yeni buraxılışını yayımlayıb.
 
News24.az xəbər verir ki, bu bölümdə cinsi istismarın qurbanı olan Kamil Əliyevin həyat hekayəsi təqdim edilir.

Kamilin iddialarına görə, o, 5 yaşından 13 yaşına qədər 23 yaşlı qonşu oğlan tərəfindən mütəmadi seksual xarakterli hərəkətlərə məruz qalıb və bu, təcavüzə qədər irəliləyib.

Kamil deyir ki, qonşusu onu başqa dostları ilə də cinsi əlaqəyə girməyə məcbur edib. Kamil məktəb illərində də mütəmadi istismara məruz qalıb. Lakin Kamilin iddiaları bununla da bitmir. Onun həyat hekayəsi və qarşılaşdığı təcavüz hadisələri barədə daha geniş məlumatı "Dalan 18+" verilişinin budəfəki buraxılışında izləyə bilərsiniz.
 
Layihə "SMG Production"un istehsalıdır.