Bir sutkada 2284 nəfər koronavirusa yoluxdu
    • 22-12-2020, 16:46
    • 405

Bir sutkada 2284 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 41 nəfər “COVID-19”dan vəfat edib.